Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirildi

  • Müəllif: Orxan
  • 09 Noyabr 2026 13:47

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilib.

Gununsesi.info xəbər verir ki, hərbi qulluqçuların iştirakı ilə saat 11:00-da başlayan yürüşlər 13:00-da başa çatıb.

***

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilib.

Modern.az xəbər verir ki, hərbi qulluqçular 11:00-dan başlayaraq yürüşə başlayıblar.

Saat 13:00-dək davam edəcək yürüş aşağıdakı marşrutlar üzrə təşkil olunub:

– Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz vağzalı;

– Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrosu – İçərişəhər Qala Qapısı – Azərbaycan Dövlət Kukla teatrı, Azneft dairəsi – Bəhram Gur heykəli;

– Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – Azərbaycan Respublikası Mərkəzi Bankı – “28 Mall” Ticarət mərkəzi;

– “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;

– Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı.

Qeyd edək ki, bu gün Bakı ilə yanaşı Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilib.

Gununsesi.info