Astara rayonu Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi,1 qadın) 11 noyabr tarixində saat 10:20 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Gununsesi.info-ya verilən xəbərə görə, onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
***
12:23
Astarada idarəetməni itirən mikroavtobus aşıb.
Gununsesi.info APA-ya istinadla xəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.
Astara istiqamətində hərəkətdə olan “QazEl” markalı mikroavtobus Deqədi kəndi ərazisində aşıb. Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar.
Marşrutda 20-ə yaxın sərnişin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.












