Jurnalist Elnarə Baxışa yeni vəzifə verilib.
Gununsesi.info xəbər verir ki, jurnalist Elnarə Baxış bundan sonra İnci Clinic və İnci Laboratoriyalarında PR və marketinq şöbəsinin müdiri vəzifəsində çalışacaq.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Əziz dostlar,
Peşəkar fəaliyyətimdə bu gündən yeni bir mərhələyə qədəm qoyuram. Bundan sonra fəaliyyətimi İnci Clinic və İnci Laboratoriyalarında PR və marketinq şöbəsinin müdiri olaraq davam etdirəcəyəm.
Bu təyinat mənim üçün həm strateji baxımdan yeni məsuliyyətlər, həm də tibb sektoruna qayıdış deməkdir.
İnanıram ki, mənə göstərilən etimadı layiqincə doğruldaraq, güclü komanda işi, düzgün strategiya, sistemli kommunikasiya və yaradıcı yanaşma ilə INCI CLINIC və İnci laboratoriyalarının inkişafına, brend dəyərinin gücləndirilməsinə və ictimai etimadın daha da artırılmasına töhfə verməyi bacaracağam”.












