Rusiya Xarici İşlər Nazirliyi BƏƏ ilə danışıqlar üçün Rusiyanın təkliflərini açıqlayıb

  • Müəllif: Orxan
  • 12 Noyabr 2026 16:41

“İnterfaks” agentliyinin verdiyi məlumata görə, Rusiya tərəfi təkliflərini Əbu-Dabidə çox konkret şəkildə təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Bir daha demək istəyirəm: biz danışıqlar prosesinin təfərrüatlarını açıqlamırıq, lakin Rusiyanın yanaşmaları baxımından onları çox konkret şəkildə təqdim etmişik”, – deyə o bildirib.

Bundan əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov və Amerika liderinin kürəkəni Cared Kuşneri daşıyan təyyarə Moskvaya gəlmişdi.

Maqsud

Gununsesi.info