“Məclis.info” saytının rəhbəri İmran Əliyev və onunla birgə ittiham olunan ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın məhkəmə istintaqı başa çatıb.
Gununesi.info-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.
Hökmə əsasən İmran Əliyev 10, Elgiz Qəhrəman 9 il azadlıqdan məhrum edilib. Bu günə qədər azadlıqda olan Elgiz Qəhrəman məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 8 maddəsi ilə – 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.
(Qafqazinfo)












