AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasını UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığması üzərində qazanılan qələbə münasibəti ilə təbrik edib.
Gununsesi.info xəbər verir ki, qurum rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Milli komandamız Lixtenşteyn üzərində səfər qələbəsi qazanaraq UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda birinci yeri təmin etdi. Təbriklər, millimiz!”, – deyə o bildirib.
Xatırladaq ki, Lixtenşteyn – Azərbaycan oyunu yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qolu 26-cı dəqiqədə Mahir Emreli meydan sahiblərinin qapısına vurub.










