Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

  • Müəllif: Firuzə
  • 28 Oktyabr 2026 10:19

Oktyabrın 27-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub.

Gununesi.info-ya DİN-dən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 120, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Gununesi.info