Tramp: Respublikaçılar Quamda qalib gəlib

  • Müəllif: Firuzə
  • 03 Noyabr 2026 23:12

ABŞ prezidenti Donald Tramp ölkənin Quam adasında keçirilən qubernator seçkilərində respublikaçı namizədin qalib gəldiyini açıqlayıb.

Gununesi.info xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

Tramp, partiyasının ABŞ-da keçiriləcək aralıq seçkilərində də eyni uğuru qazanacağına ümid etdiyini bildirib.

O qeyd edib ki, ənənəvi olaraq demokratların qalası hesab edilən Quamda qubernatorluq uğrunda mübarizədə respublikaçı namizəd Toni Ada vaxtından əvvəl qalib elan olunub. O, həmçinin respublikaçıların adanın Senatında da çoxluğu qazandığını bildirib.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçirilən aralıq seçkiləri Konqresdə növbəti iki il ərzində siyasi qüvvələr nisbətini müəyyən edəcək. Seçkilər iqtisadi çətinliklər və beynəlxalq vəziyyətin gərginləşməsi fonunda Trampın ikinci prezidentlik müddətinin əsas siyasi sınaqlarından biri hesab olunur.

Gununesi.info