Bakının bu rayonlarında qaz olmayacaq

  • Müəllif: Firuzə
  • 03 Noyabr 2026 21:15

Xətai və Suraxanı rayonlarının bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Gununesi.info xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, fasilə magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək olacaq.

Gununesi.info