ABŞ-ın İranın tələblərinə verdiyi cavab qanedici deyil.
Gununesi.info xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezayi “X” hesabında yazıb.
O, Vaşinqtonun İranın irəli sürdüyü 7 şərtə əməl etməli olduğunu bildirib.
“Yalnız bu halda Hörmüz boğazı açılacaq”, – Rezayi vurğulayıb.
Qeyd edək ki, İran Hörmüz boğazının açılması üçün bütün cəbhələrdə müharibənin dayandırılması, dəniz blokadasının ləğv edilməsi, bloklanmış vəsaitlərin azad edilməsi, sanksiyaların aradan qaldırılması kimi bir sıra şərtlər irəli sürüb.












