Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

  • Müəllif: Firuzə
  • 03 Noyabr 2026 10:12

Noyabrın 2-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması polis tərəfindən təmin olunub.   

️DİN-in Mətbuat Xidmətindən Gununesi.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Gununesi.info