Ceyhun Bayramov onu birinci katib təyin etdi

  • Müəllif: Orxan
  • 03 Noyabr 2026 13:16

Xarici İşlər Nazirliyində birinci katib vəzifəsinə təyinat olub.

Gununsesi.info Plat.az-a istinadən xəbər verir ki, bu vəzifə Nərmin Hüseynovaya həvalə edilib.

Qeyd edək ki, N.Hüseynova 2025-ci ildən Nazirlikdə ikinci katib olaraq çalışırdı.

O, 2021-2025-ci illərdə Azərbaycanın Cenevrə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyində əvvəlcə üçüncü, sonra isə, ikinci katib vəzifələrində çalışıb. N.Hüseynova Xarici İşlər Nazirliyində 2018-2020-ci illərdə attaşe, 2020-2021-ci illərdə isə, üçüncü katib olub.

Gununsesi.info