Türkiyədə Sözcü TV-nin binasında polis əməliyyatı keçirilib.
Gununsesi.info xəbər verir ki, polis əməkdaşları binada axtarış aparıb, bir neçə nəfər saxlanılıb.
Məlumata görə, saxlanılanlar arasında Sözcü Media Qrupunun İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və kanalın keçmiş baş direktoru Asım Akgül də var.
Bundan başqa, Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən kanala və xəbər saytına qəyyum təyin edilib.
Qeyd edək ki, qəyyum qərarı Sözcü qəzetinə şamil olunmayıb. Hadisə ilə bağlı araşdırma davam edir.










