Sabiq deputat Etibar Əliyev deputat Ceyhun Məmmədovun alimlərin maaşlarının artırılması ilə bağlı təklifini ironik şəkildə şərh edib.
Gununesi.info-nun xəbərinə görə, Etibar Əliyev deyib ki, Aqil Abbas müsibətindən sonra deputat dostları ehtiyatlı danışmağa başlayıblar.
O, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ceyhun Məmmədovun ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında çalışan alimlərin maaşlarının az da olsa artırılmasına baxılması təklifinə diqqət çəkib.
Sabiq deputat bu fikri ironik şəkildə şərh edərək bildirib:
“Adamın canına üşütmə düşür. Belə radikallıq olar? Qorxuram ki, Ceyhun Məmmədov az sonra desin: “Mən “az da olsa” yox, “lap cüzi də olsa artırılmasını” demək istəyirdim… Alimlər və cəmiyyət məni düzgün başa düşməyib!”
Elmar
Gununesi.info












