Deputatın xəsarət aldığı qəza ilə bağlı cinayət işi açılıb

  • Müəllif: Orxan
  • 17 Noyabr 2026 11:17

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təbriz Zeynalovun da xəsarət aldığı yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Gununsesi.info xəbər verir ki, fakt Cinayət Məcəlləsinin 263.2-ci – yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmanın ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması maddəsi ilə araşdırılır.

Hadisə noyabrın 14-də Naxçıvan–Ordubad magistral yolunun Aşağı Əylis kəndi yaxınlığından keçən hissəsində baş verib. “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Vidadi oğlu Hüseynəliyev həyatını itirib.

Avtomobildə olan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov və 1990-cı il təvəllüdlü deputat Təbriz Eyvaz oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, qəzaya düşən hər üç şəxs qazidir.

Gununsesi.info