Noyabrın 17-də Hörmüz boğazının şərqində üç neft tankerinin dəniz minasına düşdüyü bildirilir.
Gununesi.info xəbər verir ki, bu barədə İran ordusunun Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Şöbəsi açıqlama yayıb.
Bəyanatda qeyd olunub ki, səhər saatlarından etibarən mina ilə toqquşan və nəticədə yanaraq hərəkətsiz qalan tankerlərin sayı üçə çatıb.
İran tərəfi həmçinin Hörmüz boğazının gəmiçilik üçün bağlı olduğunu bildirib. Açıqlamada vurğulanıb ki, boğazdan təhlükəsiz keçid üçün İran silahlı qüvvələri ilə koordinasiya aparılmalı və gəmilər müəyyən edilmiş təhlükəsiz marşrutlarla hərəkət etməlidir.












