ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin bir sıra xidmətlərinin fəaliyyətində dünya miqyasında texniki problemlər yaranıb.
Gununesi.info xəbər verir ki, yayılan məlumatlara görə, istifadəçilər “Apple ID” hesablarına daxil olmaqda, “iCloud” bulud xidmətindən və “App Store” tətbiq mağazasından istifadə etməkdə çətinliklərlə üzləşiblər.
Nasazlıqlar “Apple Pay”, “Apple Music” və şirkətin digər platformalarına da təsir göstərib.
Bəzi istifadəçilər hesabların təsdiqlənməsi zamanı xətaların yarandığını və tətbiqlərin yüklənməsinin mümkün olmadığını bildiriblər.
Problemlərin səbəbləri, təsirə məruz qalan istifadəçilərin sayı və xidmətlərin nə vaxt tam bərpa olunacağı barədə hələlik məlumat yoxdur.












