Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.
Gununsesi.info xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Bundan sonra səfir sosial şəbəkə hesabında Azərbaycandakı ilk təəssüratları və ölkəmizlə bağlı gözləntiləri barədə paylaşım edib:
“Salam, hər vaxtınız xeyir. Mənim adım Dirk Lölkendir. Mən Almaniyanın Bakıdakı yeni səfiriyəm. İki həftə əvvəl həyat yoldaşımla bura gəlmişəm. Biz şəhərinizi dərhal sevdik. Bundan üç il əvvəl Omanda olmuşuq və indi ölkənizi tanımağı səbirsizliklə gözləyirik.
Son iki həftə ərzində mən artıq Azərbaycanın qonaqpərvərliyi ilə tanış olmuşam və yeni azərbaycanlı dostlar tapmağı, ölkənin mədəniyyətini həm paytaxtda, həm də bütün ölkədə kəşf etməyi böyük səbirsizliklə gözləyirəm.
Azərbaycan ilə Almaniya arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur. Prezident Əliyev iyulun sonunda Berlində idi və biz indi əməkdaşlığımızı dinamik şəkildə inkişaf etdiririk. Bundan əlavə, sülh danışıqları Ermənistan və Azərbaycan arasında onilliklər boyu davam edən münaqişəyə birdəfəlik sülhlə son qoymaq imkanı yaradır.
Bizi azərbaycanlılarla birləşdirən budur: sabitlik və sülh arzusu. Bu, bütün regiona imkan verəcək ki, öz iqtisadi potensialını daha da inkişaf etdirsin. Səfir kimi növbəti illərdə bu işlərin üzərində çalışa biləcəyim üçün çox şadam”.
Şəbnəm Rəhimova











