Azərbaycan vasitəsilə Ermənistana 560 ton buğda göndərildi

  • Müəllif: Orxan
  • 15 Avqust 2026 11:00

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Gununsesi.info xəbər verir ki, 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Gununsesi.info