Abdullah Zubir “Qarabağ”dan ayrılıb.
Gununsesi.info xəbər verir ki, o, ötən gün komandanın düşərgəsini tərk edib.
Fransalı yarımmüdafiəçi Qətərə yollanıb. 34 yaşlı futbolçu bu ölkənin “Əl-Şahaniya” klubu ilə müqavilə imzalayacaq. Zubir tibbi yoxlanışdan keçdikdən sonra onun transferi rəsmi açıqlanacaq.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir.









