Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

  • Müəllif: Firuzə
  • 30 Sentyabr 2026 10:41

Laçın rayonunun Qorçu qəsəbəsinin birinci mərhələsi üzrə fərdi yaşayış evlərinin tikintisinə başlanılır.

Gununsesi.info İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla əlaqədar müvafiq hazırlıqlara başlayıb.

Belə ki, qurum tikinti işlərini həyata keçirəcək şirkət axtarışına çıxıb.

Sözügedən tikinti işlərinə 49,5 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Gununsesi.info