“Dərnəgül” metrosuna pulsuz avtobuslar işləyəcək

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2026 20:43

Bakının 7-ci mikrorayonunda yaşayan sakinlərin “Dərnəgül” metro stansiyasına gediş-gəlişini asanlaşdırmaq məqsədilə ödənişsiz avtobuslar fəaliyyət göstərəcək.

Gununsesi.info “BakuBus”dan  verilən məlumata istinadla xəbər verir ki, bunun üçün 3 nömrəli müntəzəm marşrut xəttindən xüsusi avtobuslar ayrılacaq.

Avtobuslar Abay Kunanbayev küçəsindən “Dərnəgül” metro stansiyasına və əks istiqamətdə hərəkət edəcək.

Sərnişinlər bu avtobuslardan ödənişsiz istifadə edə biləcəklər.

Gununsesi.info