Tanınmış jurnalist Əvəz Zeynallının bu gün dəfn mərasimi keçirilir.
Gununsesi.info-nun xəbərinə görə, o, Kürdəxana qəbirstanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, mərhumun 3 və 7 mərasimi oktyabrın 4-də, Babək Prospektində yerləşən SOCAR-ın mərasim evində baş tutacaq.
Onu da qeyd edək ki, mərhum jurnalist uzun sürən onkoloji xəstəlikdən vəfat edib.












