“Brent” bahalaşdı

  • Müəllif: Firuzə
  • 30 Sentyabr 2026 09:13

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 0,53 artaraq 1 barelə görə 103,13 ABŞ dolları təşkil edib.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin noyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,16% artaraq 89,52 ABŞ dollarına bərabər olub.

Gununsesi.info