Bakının bu ərazilərində qaz kəsiləcək

  • Müəllif: Firuzə
  • 30 Sentyabr 2026 09:19

Sentyabrın 30-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun A.Məhərrəmov, 20 Yanvar, M.Cəfərov və Cavadxan küçələrində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, fasilə təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Gununsesi.info