Formula 1 məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

  • Müəllif: Firuzə
  • 26 Sentyabr 2026 21:56

Bakıda “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq.

Gununsesi.info xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra – sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaların sökülməsinə başlanılıb.

Məhdudiyyət səbəbindən marşrutları dəyişdirilən avtobuslar isə sentyabrın 27-si saat 00:00-dan etibarən əvvəlki hərəkət sxemi üzrə fəaliyyət göstərəcəklər.

Gununsesi.info