İsrailin Baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasının tribunasından çıxışı zamanı bir sıra ölkələrin nümayəndələri zalı tərk ediblər.
Gununsesi.info-nun xəbərinə görə, Netanyahunun çıxışını dinləmək üçün zalda qalanlar arasında Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndələrinin də olduğu bildirilir.
Xüsusilə ərəb ölkələrinin nümayəndələrinin zalı tərk etməsinə baxmayaraq, BƏƏ təmsilçisinin çıxış zamanı salonda qalması diqqət çəkib.
Əksər xarici media azərbaycanlı diplomat Məqsəd Hüseynovun bu fotosunu paylaşaraq, onu tənqid edib.












