Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Divali – İşıqlar bayramı qeyd olunub.
Gununesi.info xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbirə gələn qonaqlar girişdə Hindistan mətbəxinin rəngarəng təamları ilə qarşılandılar. Daha sonra Hindistanın Azərbaycandakı səfiri tədbirin rəsmi açılışını etdi.
Bayramın əsas ənənələrindən biri olan çıraqların yandırılması mərasimi də keçirildi. Səfir və digər diplomatik nümayəndələr bu mərasimdə iştirak edərək birlikdə çıraqlar yandırdılar.
Gecə ərzində Hindistanın milli rəqsləri və musiqi nümunələri təqdim olundu.
Qeyd edək ki, Divali Hindistanda işığın qaranlıq, xeyirin şər üzərində qələbəsini simvolizə edən ənənəvi bayramdır.














