“ikinci ali təhsil alan şəxslər baxımından mövcud tələbə krediti qaydalarının yenidən nəzərdən keçirilməsinə ehtiyac var”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib:
“İkinci ali təhsilin bir çox insan üçün sadəcə əlavə diplom əldə etmək deyil, yeni ixtisas qazanmaq, əmək bazarında rəqabət qabiliyyətini artırmaq və yeni peşəyə keçmək zərurətindən irəli gəldiyi bildirilib. İlk bakalavriat təhsili zamanı tələbə kreditindən istifadə etmiş şəxsin sonradan ikinci ali təhsil almaq istədiyi halda bu imkandan kənarda qalmasının müəyyən hallarda ədalətli yanaşma yaratmadığı vurğulanıb. Bütün ikinci ali təhsil alan şəxslərə avtomatik şəkildə kredit ayrılması əvəzinə müəyyən meyarların tətbiqi mümkün hesab olunur. Şəxsin sosial vəziyyəti, seçdiyi ixtisasa əmək bazarında tələbat, əvvəlki kredit öhdəliklərinə münasibəti və ikinci ali təhsilin onun gələcək peşə fəaliyyətinə təsiri həmin meyarlar sırasında nəzərə alına bilər”.
Deputat əlavə edib ki, əmək bazarının sürətlə yenilənməsi və yeni peşələrin yaranması insanların yeni bilik və bacarıqlar əldə etməsini zəruri edir.
“Bu səbəbdən ikinci ali təhsil alan şəxslərin də müəyyən şərtlərlə tələbə kreditlərindən yararlanması məsələsinin Təhsil Tələbə Krediti Fondu və aidiyyəti dövlət qurumları ilə müzakirəyə çıxarılması təklif olunur. Mövcud normativ baza buna imkan vermədiyi halda müvafiq dəyişikliklərin hazırlanmasının da gündəmə gətirilməsi məqsədəuyğun hesab edilir. İkinci ali təhsil alan şəxslərin müəyyən şərtlərlə tələbə kreditlərindən yararlanmasının təhsilə əlçatanlığı genişləndirə və vətəndaşlara peşə istiqamətlərini dəyişmək üçün əlavə imkan yarada biləcəyini Razi Nurullayev qeyd edib”.
Vüsal











