İran Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən neft tankerinə hücum edib.
Gununsesi.info “Fars” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində gəmidə partlayış baş verib.
“Neft tankeri İranın icazəsi olmadan Hörmüz boğazından keçdiyi və qaydaları pozduğu üçün hədəfə alınıb. Hadisə ABŞ Prezidenti Donald Trampın neft qiymətlərinin yaxın vaxtlarda azalacağı barədə açıqlaması fonunda baş verib” – məlumatda bildirilib.










