Lavrov ABŞ-dakı Rusiyanın diplomatik mülkləri ilə bağlı vəziyyətə münasibət bildirib

  • Müəllif: Orxan
  • 29 Sentyabr 2026 16:06

ABŞ diplomatik əmlakın Rusiya Federasiyasına qaytarılması ilə bağlı heç bir ümidverici açıqlama vermir.

Gununsesi.info–nun xəbərinə görə, İnterfaks xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Valday Beynəlxalq Müzakirə Klubunun 23-cü illik iclasının kənarında bildirib.

“Əlbəttə ki, diplomatik mülkiyyət də daxil olmaqla bir çox sual var. Hətta Donald Tramp administrasiyası dövründə belə, amerikalılardan bu mövzu ilə bağlı heç bir ümidverici şərh eşitməmişik”, – deyə Rusiya xarici işlər naziri bildirib.

Maqsud

Gununsesi.info