Ağsuda yanğın törədən şəxs saxlanıldı

  • Müəllif: Orxan
  • 29 Sentyabr 2026 10:31

Ağsuda ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndinin ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yanğın yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən edilərək saxlanılıb. Faktla araşdırma aparılır.

Gununsesi.info