“Milan”ın sabiq futbolçusu Saakaşvilini “satqın” adlandırdı

  • Müəllif: Orxan
  • 29 Sentyabr 2026 11:24

Tbilisi meri, vaxtilə İtaliyanın “Milan” klubunda çıxış etmiş Kaxa Kaladze məhkəmədə çıxış edən Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin açıqlamalarına münasibət bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Saakaşvili çıxışında “diktaturanın mütləq devriləcəyini”, gürcü xalqının isə “azadlıq, demokratiya, qələbə və uğur üçün doğulduğunu” deyib.

Kaladze isə Saakaşvilini “ölkəsinə xəyanət edənlərin necə başa çatdığının yaxşı nümunəsi” adlandırıb.

Tbilisi meri bildirib ki, Saakaşvili “Gürcüstan xalqına və Gürcüstana məxsus deyil” və başqa ölkənin maraqlarına xidmət edir. Kaladze eyni zamanda Gürcüstanda söz və fikir azadlığının qorunduğunu, lakin qanunun pozulmasının sərt reaksiya ilə nəticələnəcəyini vurğulayıb.

“Ölkədə söz və ifadə azadlığı qorunur və hər kəs müxtəlif məsələlərə münasibətini bildirə bilər. Lakin kimsə qanunu pozarsa, bu, əlbəttə, çox sərt reaksiya ilə nəticələnəcək”, – deyə o qeyd edib.

Gununsesi.info