Yazıçı: “Bir hərfin puluna kitabxananı yaşatmaq da olar”

  • Müəllif: Orxan
  • 14 Avqust 2026 12:43

Laçında fəaliyyət göstərən “Simurq” Kitabxanasının bağlanması ilə bağlı müzakirələr davam edir.

Sosial şəbəkələrdə yayılan məlumatlarda kitabxananın bir neçə aydır fəaliyyət göstərmədiyi, hazırda isə binanın boşaldıldığı bildirilir.

Qeyd edək ki, “Simurq” Kitabxanası Laçın şəhərində 2024-cü ildə istifadəyə verilib. Kitabxananın adı şəhərin əsasını qoymuş Tağı Şahbazi Simurqun şərəfinə verilib.

Kitabxananın bağlanması ilə bağlı müzakirələrə yazıçı Cəlil Cavanşir də münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, o bu barədə deyib:

“Bu xəbəri görəndə Laçındakı “Simurq”Kitabxanasının bağlanmasını düşündüm. Təsəvvür edin, bir hərfin puluna kitabxananı yaşatmaq da olar. Amma bağlansa yaxşıdır, vallah. Kitabxana əlavə xərcdir. Eləcə hər yana Laçın yazılsa, əhali də oxumağa bir şey tapar”.

Yazıçının ironik fikrində əsas vurğu kitabxananın sadəcə bir bina və ya xərc maddəsi deyil, şəhərin mədəni həyatının vacib hissəsi olması məsələsinə yönəlir.

Xatırladaq ki, sosial şəbəkələrdə “Laçın” yazısının yenidən hazırlanması ilə bağlı məlumat yayılıb.

Məlumatda bildirilir ki, beş hərf üçün ümumi ehtimal olunan qiymət 489.667,98 manat təşkil edəcək.

Elmar

Gununsesi.info