Ucarda ağır yol qəzasında iki nəfər ölüb

  • Müəllif: Firuzə
  • 15 Avqust 2026 22:50
Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alpı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford Transit” markalı nəqliyyat vasitəsilə “KamAZ” markalı yük maşını toqquşub.

Hadisə nəticəsində Mirzəyev Elnur Elman oğlu və kimliyi hələ məlum olmayan digər şəxs ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info