Bir çox vətəndaşı maraqlandıran məsələlərdən biri də vəsiyyətnamənin sonradan dəyişdirilməsinin mümkün olub-olmamasıdır.
Gununsesi.info-nun xəbərinə görə, hüquqşünas Şamil Paşayev bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, vəsiyyətnaməni tərtib edən şəxs sağ olduğu müddətdə onu dəyişdirmək, əlavələr etmək və ya tamamilə ləğv etmək hüququna malikdir.
Onun sözlərinə görə, bunun üçün əvvəlki vəsiyyətnamənin etibarsız sayılması barədə ayrıca qərar qəbul etməyə ehtiyac yoxdur. Şəxs yeni vəsiyyətnamə tərtib etdikdə və həmin sənəd əvvəlki vəsiyyətnamə ilə ziddiyyət təşkil etdikdə, son tarixdə tərtib olunmuş vəsiyyətnamənin müddəaları tətbiq edilir.
Şamil Paşayev vurğulayıb ki, vəsiyyətnamənin qanunvericiliyin müəyyən etdiyi forma və qaydalara uyğun tərtib edilməsi vacibdir. Əks halda sonradan onun etibarlılığı ilə bağlı məhkəmə mübahisələri yarana bilər.
Hüquqşünasın sözlərinə görə, şəxsin iradəsi dəyişdikcə vəsiyyətnamənin yenilənməsi tam qanuni hüquq hesab olunur.
Orxan











