Şeyx Əbdülün səhhəti ilə bağlı son vəziyyət açıqlanıb

  • Müəllif: Orxan
  • 30 Sentyabr 2026 16:10

Azərbaycanın Xalq artisti Əbdül Mahmudbəyovun (Şeyx Əbdül) səhhəti ilə bağlı yeni məlumat açıqlanıb. Sənətkar bu gün müayinə və müalicə məqsədilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Bakı Sağlamlıq Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, Xalq artistinin ilkin tibbi müayinələrinə başlanılıb və lazımi müalicə tədbirləri həyata keçirilir. Şeyx Əbdül hazırda həkimlərin nəzarəti altındadır və ona zəruri tibbi yardım göstərilir.

Müalicə həkimi, tibb üzrə fəlsəfə doktoru, terapevt Günay İsmayılovanın sözlərinə görə, Xalq artistinin   müalicəsi davam etdirilir və vəziyyəti tibbi nəzarətdə saxlanılır.

Xalq artisti Əbdül Mahmudbəyov göstərilən diqqət və qayğıya görə Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyinə və tibb personalına təşəkkürünü bildirib.(Modern.az)

Gununsesi.info