Baş Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı

  • Müəllif: Firuzə
  • 30 Sentyabr 2026 12:55
Sentyabrın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimində 11 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.

Gununsesi.info