Bakıdakı KFC filiallarından birində müştərinin xoşagəlməz hadisə ilə üzləşdiyi bildirilir.
Gununsesi.info-nun xəbərinə görə, vətəndaş İnci Hüseynova sosial şəbəkədə yazdığı paylaşımda hadisənin KFC-nin Əcəmi filialında baş verdiyini qeyd edib.
Onun sözlərinə görə, burgerin çörəyi bayat olduğu üçün sifarişini dəyişdirmək məqsədilə kassaya yaxınlaşıb.

Bu zaman stolun üzərində qoyduğu yemək başqa bir şəxs tərəfindən götürülərək aparılıb.
Hüseynova bildirib ki, həmin şəxs ona heç nə demədən yeməyi götürüb.
Vətəndaşın sözlərinə görə, xoşbəxtlikdən çantası yanında olub.
“Ən təəccüblüsü isə həmin vaxt zalda buna nəzarət edən heç bir əməkdaşın olmaması idi”, – deyə o yazıb.
Vətəndaş filial rəhbərliyindən belə halların qarşısının alınması üçün nəzarətin gücləndirilməsini istəyib.
Hüseynova həmçinin filialda dilənçiliklə bağlı narahatlığını ifadə edib və belə şəxslərin müştəriləri narahat etdiyini bildirib.
Qeyd edək ki, hadisə ilə bağlı KFC-nin mövqeyi barədə məlumat verilməyib.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Elmar












