Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək.
Gununsesi.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Rəqəmsal səyyah rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.
Layihəyə görə, dəvət edən tərəfin vəsatəti və dəvətin səbəbini təsdiq edən sənəd rəqəmsal səyyahlara verilən işgüzar səfər vizası üçün tələb olunmayacaq.
Qəbul ediləcəyi təqdirdə bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.











