Putinin qərarı Azərbaycana pul axınına təsir edəcək? – Ekspertdən AÇIQLAMA

  • Müəllif: Firuzə
  • 30 Sentyabr 2026 12:04

Rusiya Prezidenti Vladimir Putin Rusiyadan Azərbaycan da daxil olmaqla bir sıra ölkələrə nağd rubl çıxarılmasına yeni məhdudiyyətlər qoyub. Yeni qaydalara əsasən, fiziki şəxslərin Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd pul çıxarması qadağan edilib. Qərar sentyabrın 29-dan qüvvəyə minib.

Gununsesi.info  qərarın Rusiyada yaşayan azərbaycanlıların Azərbaycana pul göndərməsinə və ölkəyə nağd pul gətirməsinə mümkün təsiri ilə bağlı iqtisadçı ekspertin fikirlərini öyrənib.

İqtisadçı Natiq Cəfərli bildirib ki, yeni məhdudiyyətin Azərbaycana ciddi təsir göstərəcəyini düşünmür:

“Bu, təkcə Azərbaycana aid deyil,  digər ölkələrə də aiddir.

Ciddi bir təsiri olacağını düşünmürəm. Yəni 1 milyon rubldan artıq vəsaiti rubl şəklində göndərmirlər axı.

Bunun əsas məqsədi miqrantlar deyil. Bu qadağanın əsas məqsədi odur ki, Rusiyada xarici agent adı almış Rusiya vətəndaşları var. İndi xaricdə yaşayırlar. Onların aktivlərini Rusiyadan çıxarmağa başlamışdılar. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görürlər.

Ciddi bir təsiri olacağını düşünmürəm. Çünki pul köçürmələri başqa yolla gəlir, valyuta şəklində gəlir. Rus rublu şəklində çox az gəlir. Rus rublu şəklində gələn vəsait də 1 milyon rubldan çox olmur. Ona görə də ciddi təsiri olacağını düşünmürəm”.

 

Firuzə Mahmudova
Gununsesi.info