Bakının 9-cu mikrorayonunda, “Rahat” marketin qarşısında və ətraf ərazilərdə səhər erkən saatlarda heyvan kəsilməsi ilə bağlı narazılıq yaranıb.
Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş, “Facebook” istifadəçisi Gün Ay sosial şəbəkədə paylaşım edib.
Vətəndaşın sözlərinə görə, ərazidə çoxsaylı yaşayış binaları yerləşir və səhər saat 5-6 radələrində heyvanların kəsilməsi zamanı çıxan səslər sakinlərin narahatlığına səbəb olur.
“Bu ətrafda çoxlu yaşayış binaları var. Saat 5-də heyvan nələsinə hamı həyəcanla ayılır. Bütün gün zəhər olur. Dəfələrlə deyilib, şikayət edilib, tədbir görülmür. Bu gün saat 6-dan sonra günümüzə bu ah-nalə ilə başlanıb. Kimə şikayət edək?” – deyə o yazıb.
Sakinlər ərazidə səhər saatlarında heyvan kəsilməsinin dayandırılmasını və məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini istəyirlər.

Elmar










