Rusiyada kimya zavodunda partlayışlar olub, ölən və yaralananlar var

  • Müəllif: Firuzə
  • 01 Oktyabr 2026 23:05

Moskva vilayətində yerləşən Krasnozavodsk Kimya Zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb.


Gununsesi.info
 Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Sergiyev Posad şəhər dairəsinin Krasnozavodsk şəhərində yerləşən müəssisənin ərazisində baş verib. Partlayışdan sonra yanğın başlayıb.

Hadisə zamanı əməkdaşlar 4 nömrəli sexdə olublar və partlayış nəticəsində sex tamamilə dağılıb.

Hadisənin səbəbləri və başvermə şəraiti araşdırılır.

Gununsesi.info