“Biz Cənubi Qafqazı konfrontasiya məkanı olmağa yenidən imkan verməyəcəyik”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib:

” ATƏT-in Minsk qrupunun keçmiş həmsədr ölkələri – ABŞ olsun, Fransa olsun, hətta Rusiya belə hesab edirəm ki, hazırkı dövrdə reallığı qəbul etmək məcburiyyətindədirlər. Yəni reallıqdan kənara çıxmaq mümkün deyildir. Ermənistan özü belə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və inşallah, ümidvaram ki, sülh müqaviləsinin yaxın gələcəkdə imzalanması ilə bu proses hüquqi cəhətdən də bitəcək.
Ancaq biz ayıq-sayıq olmalıyıq. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Azərbaycan ərazilərində keçirilən tədbirlərdən sonra Ermənistanda çox ciddi revanşist qüvvələrin fikirləri səsləndi. Bu, onu göstərir ki, bir anlıq olsa belə, revanşistlərə imkan verilməməlidir, yol verilməməlidir. Çünki bu, bizi daha çox mənfi nəticələrə gətirib çıxara bilər”.
Şəbnəm











