Ulduz futbolçu Kriştianu Ronaldu Portuqaliya millisinin təlim-məşq düşərgəsini tərk etdiyi üçün 6 ay müddətinə oyunlardan diskvalifikasiya edilə bilər.
Gununsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, diskvalifikasiya ilə yanaşı ona pul cəriməsi də təyin olunacaq.
Məlumata görə, Kriştianu Ronaldu Norveçlə matçda ona oyun müddəti verilmədiyini əsas gətirərək məşqlərə qatılmayıb.
“Uyğun zamanda milli komandadan ayrılmağımın səbəblərini bütün Portuqaliya xalqına izah edəcəyəm”, – deyə o bildirib.
Qeyd edək ki, Portuqaliya Futbol Federasiyasının (FPF) intizam qaydalarında bu cür pozuntulara görə cərimələr nəzərdə tutulur.








