İsrail Livanın cənubunu vurdu: 7 nəfər öldü

  • Müəllif: Orxan
  • 15 Avqust 2026 11:54

İsrail şənbə günü Livanın cənubuna silsilə hava zərbələri endirib. Hücumlar nəticəsində azı 7 nəfər ölüb, 3 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Məlumata görə, İsrailin hava zərbələrindən biri Ənsar şəhərindəki evi dağıdıb. Hadisə nəticəsində 7 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Xilasetmə qrupları dağıntılar altında axtarış-xilasetmə işləri aparır, ölən və yaralananları xəstəxanalara çatdırırlar.

Bundan əlavə, Ənsar şəhəri yaxınlığındakı vadiyə də zərbə endirilib. NNA-nın məlumatına görə, bu ərazi İsrail ilə Livan arasında iki ay əvvəl atəşkəs barədə razılaşma əldə olunandan sonra ilk dəfədir hücuma məruz qalır.

İsrail hərbi təyyarələri Ənsardan təxminən 16 kilometr şərqdə yerləşən Nabatiyə əl-Fauqa ərazisində müəllim hazırlığı kollecinə və dini binaya da zərbələr endirib. Ətraf ərazilərdə də əlavə hücumların həyata keçirildiyi bildirilir.

İsrail Müdafiə Qüvvələri (IDF) baş verənlərlə bağlı hələlik açıqlama verməyib.

Gununsesi.info