Ölüm səbəbini düz yazaq. “Uzun sürən xəstəlikdən sonra vəfat elədi” yox, uzun sürən mübarizədən sonra həlak oldu…
Əvəz Zeynallının ölümü ilə bağlı nə yazım ki?! Hamısını özü yazıb, deyib. Həyatı haqqında nə biliriksə, ölümü haqqında da onu bilirik. Ya bu cür bilirik, ya da, ümumiyyətlə, heç nə bilmirik.

Mənə elə gəlir, Əvəz səhradakı tənhanın səsi idi. Səs var idi, eşidən yox idi. İndi o səs də susdu. Sükut bəzən bizdən də bərk qışqırır. Əvəz Zeynallı bir vaxt öz qəzetini, sonra öz yutub kanalını yaratmışdı. İndi öz sükutunu təsis edib, getdi. Özündən sonra səssizliyi danışacaq. Qulaq versək, eşidəcəyik…
Ruhu cənnətdə olsun!












