Almaniyada mövsümün əvvəlindən yüksək temperaturla əlaqəli təxminən 12,5 min ölüm qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya Federal Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Robert Kox İnstitutunun məlumatında bildirilir.
Məlumata görə, ölümlərin təxminən 9,6 mini iyunun sonunda müşahidə olunan güclü istilər zamanı baş verib.
Yüksək temperaturdan ən çox 75 yaşdan yuxarı şəxslər zərər çəkib. Mütəxəssislər xüsusilə yaşlı insanların uzunmüddətli və yüksək temperatur fonunda risk qrupunda olduğunu bildirirlər.












