Bakıda həbs edilən Rusiya vətəndaşının anası prezidentdən əfv istəyir

  • Müəllif: admin
  • 11 Avqust 2026 12:26

Ötən il iyul ayının 1-də Azərbaycanda  narkotik ittihamı ilə həbs edilən Rusiya Federasiyasının vətəndaşı Federov Dimitri Sergeyeeviçin anası Oksana Sergeyeeviç oğlunun əfv edilməsi üçün prezident İlham Əliyevə müraciət edib.

 

Bu barədə Gununsesi.info-ya onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, müvəkkili kəskin psixi pozuntu keçirib: “Hallusinasiyalar, düşüncənin alaqaranlıq vəziyyəti yaranıb, özü və ətrafdakılar üçün təhlükəli vəziyyətə gəlib. Yaranmış vəziyyətlə bağlı bir həftədir ki, anası Oksana xanım Bakıya gəlib. Dəfələrlə müraciətlər edib və bu gün də AR Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində olduq”.

 

Firuzə Mahmudova

Gununsesi.info