Natiq Cəfərli: “Belarusa, İrana belə mal sata bilmirik, amma ordan ərzaq daxil hər şey alırıq”

  • 27 Noyabr 2026 15:09

İqtisadçı Natiq Cəfərli Azərbaycanın 2026-cı ilin yanvar–oktyabr aylarında ayrı-ayrı ölkələrlə xarici ticarət dövriyyəsində yaranmış fərqlərə diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, Natiq Cəfərlinin paylaşdığı məlumatlara görə, Azərbaycan hesabat dövründə Çindən 3 milyard 782 milyon dollarlıq mal və məhsul idxal edib, bu ölkəyə isə cəmi 89 milyon dollarlıq məhsul ixrac edib.

Eyni dövrdə ABŞ-dan 722 milyon dollarlıq məhsul alınıb, əvəzində 107 milyon dollarlıq mal satılıb.

İqtisadçı xüsusilə Belarus və İranla ticarət əlaqələrindəki fərqə diqqət çəkib.

Belə ki, Azərbaycan Belarusa 345 milyon dollarlıq mal ixrac etdiyi halda, bu ölkədən 64 milyon dollarlıq məhsul idxal edib. İranla ticarətdə isə 498 milyon dollarlıq idxalın qarşılığında cəmi 26 milyon dollarlıq ixrac həyata keçirilib.

Natiq Cəfərli hesab edir ki, bu rəqəmlər Azərbaycanın qeyri-neft sektorunun ixrac imkanları ilə bağlı ciddi suallar yaradır.

“Qonşu ölkələr bizdən neft-qaz almırsa, dərhal ticarət balansının mənfi saldosu artır. Belarusa, İrana belə mal sata bilmirik, amma oradan ərzaq daxil hər şey alırıq. Bu da təriflədikləri ‘qeyri-neft’ sektoru…” – deyə iqtisadçı vurğulayıb.

Elmar

Gununsesi.info